satellite   Azerspace-1: 11135 H 30000

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri iyulun 13-ü səhər saatlarınadək Ukraynanın Zaporojye vilayətinə 900-dən çox zərbə endirib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.

"Ümumilikdə gün ərzində Zaporojye vilayətinin 51 yaşayış məntəqəsinə 932 zərbə endirilib, 13 nəfər, o cümlədən 1 uşaq yaralanıb", - o qeyd edib.

Bundan başqa, infrastruktur obyektlərinə, yaşayış evlərinə, avtomobillərə, təsərrüfat tikililərinə ziyan dəyməsi barədə 42 məlumat daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM