Moskva vilayətində dronların gecə hücumu nəticəsində üç nəfər həlak olub, beş sakin yaralanıb.
NTV xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
Onun sözlərinə görə, İstra şəhər dairəsinin Pionerski qəsəbəsində dron hücumu nəticəsində üç nəfər həlak olub, daha üç sakin yaralanıb. Hadisə nəticəsində beş fərdi evdə yanğın baş verib.
Solneçnoqorskda dron yaşayış binasına düşüb, iki nəfər yaralanıb.
Qubernatorun sözlərinə görə, gecə ərzində Moskva vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri və elektron mübarizə sistemləri 81 dronu vurub.
