Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə səfərdədir.
NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib.
Məlumata görə, V.Zelenski "Qətiyyətlilər koalisiyası"nın liderlərinin görüşündə iştirak edəcək. Burada Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və raket əleyhinə sistemlərin yaradılması məsələsi, eləcə də ABŞ-nin Ukraynada "Patriot" istehsalı üçün lisenziyalara dair bu yaxınlarda elan etdiyi planlar müzakirə olunacaq.
Görüşə iki yeni ölkənin – Moldova və Şimali Makedoniyanın da qoşulacağı gözlənilir.
