Vaşinqton Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə davam etmək və buna görə kompensasiya almaq niyyətindədir.
NTV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News"a müsahibəsində deyib.
"Biz boğazı qoruyacağıq. Çox güman ki, onu biz idarə edəcəyik. Onun mühafizəçiləri olacağıq və bunu etdikdə əvəzini alacağıq", - D.Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ 50 il ərzində Hörmüz boğazının təhlükəsizliyini təmin edib, lakin buna görə ödəniş almayıb: "Biz onu ödənişsiz qoruyurduq, lakin indi bundan pul qazanacağıq".
İranla bağlı vəziyyətə münasibət bildirən Tramp İran rəhbərliyini "pis insanlar qrupu" adlandırıb və əlavə edib ki, ölkə hazırda ciddi zərbə alır.
