satellite   Azerspace-1: 11135 H 30000

Venesuelada zəlzələ qurbanlarının sayı artır

Venesuelada zəlzələ qurbanlarının sayı artır

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 4 561 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.

Məlumata görə, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. Zəlzələ zamanı 190 bina tamamilə dağılıb, 856 binaya isə ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları çərçivəsində 6 462 nəfər xilas edilib. Ümumilikdə 33 085 nəfər xəstəxanalarda və digər tibb müəssisələrində müalicə alıb. Həmçinin 128 324 ailəyə humanitar yardım göstərilib, 20 231 nəfər 107 müvəqqəti yerləşdirmə məntəqəsinə köçürülüb. Zərərçəkənlərə 10 063 ton ərzaq paylanıb.

Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM