İran çərşənbə axşamı günü Böyük Britaniya hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu qrup kimi tanımaq qərarını pisləyib.
NTV İran mediasına istinadla xəbər verir ki, rəsmi Tehran Britaniyanın bu addımının siyasi, hüquqi və diplomatik nəticələri olacağını bildirib.
İran Xarici İşlər Nazirliyi açıqlamasında Britaniyanın bu qərarını “əsassız və məsuliyyətsiz” adlandırıb, bunun suveren bərabərlik və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipləri də daxil olmaqla beynəlxalq hüququ pozduğunu bəyan edib.
Nazirlik bildirib ki, Böyük Britaniya sözügedən qərarı əsassız təhlükəsizlik iddiaları ilə əsaslandırıb ki, bu da həqiqətə uyğun deyil.
Rəsmi Tehran bildirib ki, İran BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində Britaniyanın “uyğunsuz” hərəkətinə cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır.
Medianın xəbərlərinə görə, bazar ertəsi günü Böyük Britaniya milli təhlükəsizlik (dövlət təhdidləri) Qanunu çərçivəsində tətbiq edilən yeni səlahiyyətlərdən istifadə edərək, İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu qrup kimi tanıyıb.
“Sky News” telekanalının məlumatına görə, Britaniyanın təhlükəsizlik naziri Angela İql parlamentdə çıxışında bildirib ki, hökumət İİKK ilə əlaqəli fəaliyyətin Böyük Britaniya ərazisində həyata təhdid və qorxutma mənbəyi olduğunu bildirib.
