satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Ukrayna müharibəni qışa qədər başa çatdırmaq istəyir

Zelenski: Ukrayna müharibəni qışa qədər başa çatdırmaq istəyir

Kiyev Rusiya-Ukrayna müharibəsinin 2026-cı ilin qışına qədər başa çatması üçün əlindən gələni etmək niyyətindədir.

NTV-nin Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna səfirləri ilə Kiyevdə keçirilən müşavirədə bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna diplomatiyasının məqsədi hökumətin xarici siyasət kursunu maksimum dərəcədə dəstəkləmək və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqəni gücləndirməkdir.

Bununla yanaşı, o qeyd edib ki, bütün diplomatik səylərin, Ukraynanın Rusiyaya qarşı sanksiyalarının, eləcə də müttəfiqlərin məhdudlaşdırıcı tədbirlərinin nə vaxt nəticə verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Lakin təzyiq elə bir səviyyəyə çatmalıdır ki, Moskvanın "sülhdən başqa alternativi qalmasın".

Zelenskinin sözlərinə görə, Ukrayna müharibənin artıq bu payızda, qışa qədər başa çatması üçün maksimum səy göstərəcək. O, həmçinin qeyd edib ki, Kiyev Moskvanın münaqişəni uzatmaq, yeni səfərbərliyə hazırlaşmaq və yeni zərbələr endirmək niyyətini anlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM