satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada kəşfiyyat xidmətlərinə geniş səlahiyyətlər veriləcək

Almaniyada kəşfiyyat xidmətlərinə geniş səlahiyyətlər veriləcək

Almaniya hökuməti kəşfiyyat xidmətlərində islahatların aparılacağını təsdiqləyib, bu islahatlara əsasən onlara daha geniş səlahiyyətlər veriləcək.

NTV xəbər verir ki, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.

Artan təxribat və casusluq təhlükəsini nəzərə alaraq, daxili işlərə görə cavabdeh olan Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə (BfV) və xarici işlərə görə cavabdeh olan Federal Kəşfiyyat Xidməti (BND) daha geniş səlahiyyətlər əldə edəcək. Onlar artıq yalnız məlumatların toplanması və təhlili ilə kifayətlənməyəcək, həmçinin aktiv müdaxilə etmək səlahiyyətinə malik olacaqlar.

BfV cinayətkarların kompüter sistemlərinə daxil olmaq, onları sıradan çıxarmaq və əks-hücumlar həyata keçirmək, habelə terrorçuların silah və partlayıcı maddələrini yararsız hala salmaq səlahiyyəti əldə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM