satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün 2,36 milyon dollar ayırıb

Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün 2,36 milyon dollar ayırıb

Qazaxıstan Xəzər dənizinin monitorinqi və ixtisaslaşdırılmış laboratoriyaların təchizatı üçün avadanlıqların alınmasına təxminən 2,36 milyon dollar yönəldib.

NTV-nin verdiyi məlumata görə, bu barədə ölkə hökumətindən bildirilib.

Bu vəsait Qazaxıstanın Xəzər dənizi üzrə Elmi-Tədqiqat İnstitutuna dövlət ehtiyatından ayrılıb. Avadanlıqlardan bilavasitə akvatoriyada tədqiqatların aparılması, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların fəaliyyəti üçün istifadə olunacaq.

Tədqiqat proqramı 21 stansiyanı əhatə edən iki dəniz ekspedisiyasını və 22 sahilyanı nöqtədə müntəzəm monitorinqi nəzərdə tutur.

Eyni zamanda, Qazaxıstan digər Xəzəryanı dövlətlərlə birlikdə Xəzərdəki dəyişikliklərə uyğunlaşma və onun ekosisteminin qorunması üzrə Fəaliyyət Planını müzakirə edir. Sənəd region ölkələri arasında birgə tədbirləri, elmi məlumat mübadiləsini və tədqiqatların əlaqələndirilməsini özündə ehtiva etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM