satellite   Azerspace-1: 11135 H 30000

Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

ABŞ-nin kommersiya xam neft ehtiyatları artır.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 17 milyon 400 min barel artaraq 424 milyon 400 min barel olub. Bu, 2023-cü ilin yanvar ayından bəri ən böyük həftəlik artımdır. Bazar proqnozları ehtiyatların 1 milyon 700 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 6 milyon 100 min barel geriləyərək 298 milyon 700 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon barel azalaraq 208 milyon 700 min barel təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM