satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyanın cənubunda zəlzələdən sonra on minlərlə təsərrüfat susuz qalıb

Yaponiyanın cənubunda zəlzələdən sonra on minlərlə təsərrüfat susuz qalıb

İyulun 28-də baş vermiş 7,1 maqnitudalı zəlzələdən sonra Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında təqribən 26,5 min ev təsərrüfatında hələ də su təchizatı problemi qalmaqdadır.

NTV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Zərər dəymiş rayonlar avtosisternlər vasitəsilə su ilə təmin edilir. Bundan əlavə, orada müvəqqəti tualetlər quraşdırılıb və duş qəbul etmək üçün məntəqələr yaradılıb

Hazırda 79 təxliyə mərkəzində təqribən 3,2 min nəfər yerləşir. Bu, iyulun sonunda qeydə alınmış göstəricidən dörd dəfədən çox azdır.

Rəsmi məlumatlara görə, zəlzələ təqribən 31,5 min bina və qurğuya ziyan vurub, onlardan təxminən 1,3 mini tamamilə dağılıb. Zərər dəymiş rayonlarda dağıntıların sökülməsi və daşınması işləri davam edir, lakin kəskin istilər buna mane olur.

Prefekturada 39 nəfər təbii fəlakətin qurbanı olub, 26 nəfər isə ağır xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM