satellite   Azerspace-1: 11135 H 30000

Pekində keçiriləcək yarışda 2 mindən çox insanabənzər robot iştirak edəcək

Pekində keçiriləcək yarışda 2 mindən çox insanabənzər robot iştirak edəcək

Pekində avqustun 22-dən 26-dək keçiriləcək İkinci Ümumdünya Humanoid Robotlar Yarışında 2 mindən çox insanabənzər robot iştirak edəcək.

NTV-nin Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, yarışda 666 komanda iştirak edəcək.

Beş gün ərzində iştirakçılar top oyunları, qarşıdurmalar və sənaye montajı da daxil olmaqla 30 idman və istehsalat yarışında mübarizə aparacaqlar.

Yarışlar Pekindəki konkisürmə stadionunda keçiriləcək. Robotlar üçün enerji doldurma və məşq infrastrukturu hazırlanıb. İştirakçılar həmçinin təşkilatçıların fikrincə, texniki nasazlıqların qarşısını almalı olan 5G rabitə sistemindən istifadə edəcəklər.

Təşkilat komitəsi sədrinin müavini Çjao Dunveyin sözlərinə görə, yarışın texnoloji platforması müxtəlif model və brendlərə aid robotların xüsusiyyətlərini nəzərə alır.

O qeyd edib ki, yarışın məqsədi insanabənzər robotların istehsalatda və gündəlik həyatda daha geniş tətbiqinə töhfə verməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM