satellite   Azerspace-1: 11135 H 30000

Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib

Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib

2026-cı il Avropa çempionatı çərçivəsində Parisdə 19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu yeniləyib.

NTV-nin məlumatına görə, o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edərək 1500 metr məsafəni 14 dəqiqə 30 saniyədən daha sürətli başa vuran tarixdə ilk üzgüçü olub.

İkinci yeri 14:39,45 nəticə ilə macarıstanlı Zalan Şarkan, üçüncü yeri isə 14:40,64 nəticə ilə almaniyalı Oliver Klement tutub.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatında qadınlar arasında 50 metr məsafəyə arxasıüstə üzgüçülükdə də dünya rekordu qeydə alınıb. İtaliyalı Sara Kurtis bu məsafəni 26,63 saniyəyə qət edib. Avropa çempionatı avqustun 16-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM