satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

Böyük Britaniyada son 48 saat ərzində 11 böyük yanğın, cümə günündən etibarən isə 43 yeni meşə və ərazi yanğını qeydə alınıb.

NTV BBC-yə istinadla xəbər verir ki, Milli Yanğın Rəisləri Şurasının nümayəndəsi Fil Qarriqan yaranmış vəziyyətin yanğınsöndürmə xidmətlərini inanılmaz təzyiq altında qoyduğunu bildirib. Ölkənin bir sıra bölgələrində, o cümlədən Qərbi Midlenddəki Stourbric, Sandvell, Perşor və Stok-on-Trent, həmçinin Hempşir və Cənubi Uelsdə böyük yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Stourbricdə yanğın nəticəsində 38 ev dağılıb və ya zərər görüb. Bəzi sakinlər hələ də evlərinə qayıda bilmirlər. Qərbi Midlend Yanğınsöndürmə Xidmətinin rəis müavini Saymon Barri bildirib ki, Stourbricdə yanğın nəzarət altına alınıb və hazırda yanğınsöndürənlər közərən ocaqların söndürülməsi üzərində işləyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM