satellite   Azerspace-1: 11135 H 30000

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Moskva vilayətinin Şolkovo şəhərində məktəbdə keçirilən təlimlər zamanı səs qumbarasının partlaması nəticəsində dörd müəllim xəsarət alıb.

NTV xəbər verir ki, hadisə Serkovo kəndindəki təhsil müəssisəsində ümumrusiya antiterror təlimləri zamanı baş verib.

Fövqəladə vəziyyət zamanı görüləcək tədbirlərin məşq edilməsi zamanı məktəbin pəncərəsindən straykbol qumbarası atılıb. Qumbara taxta tirə dəyərək partlayıb. Nəticədə ətrafa yayılan taxta qırıntılarından müəllimlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM