satellite   Azerspace-1: 11135 H 30000

Alimlər Yer kürəsinin ən qədim simbiozunun sirrini açıblar

Alimlər Yer kürəsinin ən qədim simbiozunun sirrini açıblar

Paleontoloqlar Çinin şimalında təxminən 550 milyon il əvvəl mövcud olmuş çoxhüceyrəli orqanizmlər və bakteriyalar arasında ən qədim simbiozun sübutlarını aşkar ediblər.

NTV xəbər verir ki, bu barədə PNAS elmi jurnalında dərc olunmuş məqalədə bildirilir.

Alimlər Ediakar dövrünün sonunda yaşamış "Conotubus" cinsinə aid orqanizmlərin daşlaşmış qalıqlarını araşdırıblar. Qalıqlar Çinin Şansi əyalətindəki çöküntülərdə tapılıb.

İndiana Universitetinin professoru Liza Prattın rəhbərlik etdiyi tədqiqatçılar fosillərdə qeyri-adi dərəcədə aşağı səviyyəli molibden-98 izotopu aşkar ediblər. Oxşar səviyyə hidrotermal mənbələrin yaxınlığında yaşayan və bakteriyalarla simbiotik əlaqə yaradan müasir poqonofor qurdları üçün xarakterikdir.

Kükürd izotoplarının təhlili də göstərib ki, qədim orqanizmlərdəki bakteriyalar kükürd birləşmələrini oksidləşdirə və bu müddətdə ayrılan enerjidən qida istehsalı üçün istifadə oluna bilər.

Alimlərin fikrincə, bu tapıntılar göstərir ki, çoxhüceyrəli orqanizmlər və bakteriyalar arasında simbiotik əlaqələr Yer kürəsində azı 550 milyon il əvvəl yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM