satellite   Azerspace-1: 11135 H 30000

Axtarışda olan 60 cinayətkar Türkiyəyə ekstradisiya edilib

Axtarışda olan 60 cinayətkar Türkiyəyə ekstradisiya edilib

Türkiyənin Daxili İşlər Nazirliyi ümumilikdə 60 cinayətkarın Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb. Onlardan 16-sı qırmızı bülletenlə beynəlxalq, 44-ü isə ölkə səviyyəsində axtarışda olub.

NTV xəbər verir ki, şübhəlilər Gürcüstan, Yunanıstan, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Monteneqro, Polşa, Serbiya, Ermənistan, İsveçrə, Rumıniya və Rusiyada saxlanılıb. Onlardan 43-ü Gürcüstanda, 5-i Yunanıstanda, 2-si Almaniyada, 2-si isə Böyük Britaniyada tutulub. Saxlanılanlar arasında qəsdən adam öldürmə, narkotik maddələrin ticarəti, dələduzluq, oğurluq, quldurluq, silahlı təhdid, insan alveri, kibercinayətlər və terror təşkilatına üzvlük kimi müxtəlif cinayətlərdə şübhəli bilinən şəxslər var.

Əməliyyatlar Türkiyə Daxili İşlər və Ədliyyə nazirliklərinin, eləcə də İnterpol-Europol və digər hüquq-mühafizə qurumlarının koordinasiyası və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Daxili İşlər Nazirliyi xaricə qaçan və barələrində axtarış qərarı olan şəxslərin təqibinin davam etdiriləcəyini vurğulayaraq, “Heç bir cinayətkar xaricə qaçaraq izini itirə bilməyəcək” mesajını verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM