Yaponiyanın Meteorologiya Agentliyi Sakit okeandakı Vanuatu adalarında vulkan püskürdüyünü bildirib.
NTV NHK kanalına istinadla xəbər verir ki, agentlik hazırda sunami təhlükəsini dəqiqləşdirir.
Vanuatu Sakit okeanın cənubunda vulkan mənşəli 83 adadan ibarət ölkədir. Vanuatuda hazırda bir neçə aktiv vulkan mövcuddur. Onlardan ən məşhuru Tanna adasında dəniz səviyyəsindən 361 metr yüksəklikdə Yasur dağındakı vulkandır.
