ABŞ Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.
NTV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"ABŞ Ontario ilə artıq böyük həcmdə ticarət əlaqələri qurmağı planlaşdırmadığı üçün Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir", - o qeyd edib.
