satellite   Azerspace-1: 11135 H 30000

"Çelsi"nin futbolçusu "Strasburq"a transfer olunub

"Çelsi"nin futbolçusu "Strasburq"a transfer olunub

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Omari Kelliman Fransanın "Strasburq" komandasına keçib.

NTV London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumameyilli oyunçu Liqa 1 təmsilçisi ilə müqavilə imzalayıb.

2024-cü ilin yayında "Aston Villa"dan transfer olunan yarımmüdafiəçi zədə səbəbindən ilk mövsümündə heyətdə möhkəmlənə bilməyib.

Xatırladaq ki, O.Kelliman ötən mövsümü icarə əsasında "Kardiff Siti"də keçirib və kollektivin Çempionşipə yüksəlməsinə töhfə verib. O, həmçinin "Çelsi"nin mövsümlərarası toplanışında 2 matçda şans qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM