satellite   Azerspace-1: 11135 H 30000

Serj Sarqsyana 2 maddə ilə ittiham irəli sürülüb

Serj Sarqsyana 2 maddə ilə ittiham irəli sürülüb

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

NTV xəbər verir ki, bu barədə "News.am" portalı məlumat yayıb.

Sarqsyan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur.

Daha əvvəl Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı ictimai cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı üç, xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı iki və xüsusilə külli miqdarda pulların yuyulması ilə bağlı dörd epizod üzrə ittihamlar irəli sürülüb.

Eyni iş çərçivəsində daha doqquz nəfərə qarşı cinayət təqibi başlanıb. Onların arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, əvvəllər Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarqisyan, İrəvanın sabiq meri Andranik Marqaryan, Qaqik Beqlaryan, sahibkar Samvel Mayrapetyan və digər şəxslər var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM