satellite   Azerspace-1: 11135 H 30000

"Tottenhem" "Mançester Siti"nin futbolçusu Savinyonu transfer edib

"Tottenhem" "Mançester Siti"nin futbolçusu Savinyonu transfer edib

İngiltərənin "Tottenhem" klubu "Mançester Siti"nin vinqeri Savinyonu heyətinə qatdığını açıqlayıb.

NTV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Hücumçu karyerası ərzində Mançester təmsilçisi ilə yanaşı, ölkəsinin "Atletiko Mineyro", Fransanın "Trua", Niderlandın PSV, İspaniyanın "Jirona" komandalarında da çıxış edib.

Qeyd edək ki, Savinyo "Mançester Siti"də keçirdiyi 84 matçda 7 qol vurub, komandası ilə İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. Braziliya millisinin heyətində 13 oyuna çıxan vinger 1 qolla yadda qalıb.

"Transfermarkt" portalı futbolçunun qiymətini 35 milyon avro dəyərləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM