satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Azərbaycanda 481 körpə ölü doğulub

Ötən il Azərbaycanda 481 körpə ölü doğulub

Ötən il Azərbaycanda 481 körpə ölü doğulub.

NTV-nin məlumatına görə, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.

Bundan başqa 522 körpə 7 günədək ömür sürüb. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 10,4 nəfər olub.

Həmçinin ölkədə ötən il üzrə 1312 bir yaşadək körpə ölümü baş verib. Beş yaşadək ölən uşaqların sayı isə 1634 olub.

Bundan başqa, 2025-ci ildə 26 ana ölümü qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM