Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Lekür ölkənin artan kiberhücumlar qarşısında lazımi səviyyədə müdafiə olunmadığını etiraf edib və kibertəhlükəsizliyə investisiyaların sürətlə artırılmasına çağırıb.
NTV xəbər verir ki, nazir ölkənin son dövrdə, xüsusilə vergi xidmətlərini hədəf alan bir sıra kiberhücumlardan sonra kibertəhlükəsizlik sahəsində lazımi səviyyədə olmadəğını bildirib.
BFMTV-yə açıqlamasında nazir hökumətin əvvəlki üzrxahlıqlarını təkrarlayıb və vəziyyətin ciddiliyini etiraf edib. O, dövlət idarələrinin informasiya sistemlərinin də müasirləşdirilməsinin vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, illər ərzində formalaşdırılmış bəzi sistemlər hazırkı kiber təhdidlərə qarşı artıq kifayət qədər uyğun deyil.
“Biz lazımi səviyyədə deyilik, investisiya yatırmalıyıq, amma bununla məşğul olmağa başlamalıyıq”, – deyə Rolan Lekür deyib.
Bu açıqlama Fransada dövlət qurumlarına qarşı bir sıra kiberhücumların qeydə alındığı bir vaxtda səslənib. Hökumətin sözçüsü Mod Brejon bildirib ki, Emmanuel Makron hökumətdən bütün məsuliyyətləri müəyyənləşdirməyi və dövlət idarələrində təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edib.
Kiberhücumlarla bağlı müdafiə şurasının iclasının sentyabrın ortalarına qədər keçirilməsi planlaşdırılır. İclasda son hücumların araşdırılması, məsul şəxslərin müəyyənləşdirilməsi və dövlətin infrastruktur və məlumatlarının qorunmasının gücləndirilməsi üçün yeni tədbirlərin müzakirəsi gözlənilir.
