satellite   Azerspace-1: 11135 H 30000

Avstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb

Avstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb

Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb.

NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib.

Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlər cəlb edilib.

"Sahil boyunca çimən üzgüçünün köpəkbalığı tərəfindən dişləndiyi barədə məlumat daxil olub", - yerli polisin bəyanatında bildirilib.

Səlahiyyətlilər hava və dəniz vasitələrinin cəlb edilməsi ilə genişmiqyaslı axtarış əməliyyatına başlayıblar. Lakin üzgüçü hücum nəticəsində ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM