satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb.

NTV xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev bölgədə keçirilən Qadın Sahibkarlar Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda fondun aktiv portfelində qadın sahibkarların 40 maliyyələşdirilmiş layihəsi yer alır: "Maliyyələşdirilən layihələrin 88 %-ə yaxını muxtar respublikanın rayonlarının payına düşüb".

Nazir qeyd edib ki, 2026-cı ilin 8 ayında Fondun maliyyələşdirdiyi layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41 % çox - 149 olub. "Bu müsbət dinamika qadın sahibkarların layihələrində də özünü göstərir. Belə ki, 8 ayda 17 qadın sahibkarın layihəsinə ümumilikdə 700 min manata yaxın güzəştli kredit ayrılıb. Bu dövrdə fondun biznesə yönəltdiyi güzəştli kredit resurslarının 13 %-i qadın sahibkarların payına düşüb".

O hesab edir ki, bu rəqəm qaneətedici deyil: "Ona görə də fürsətdən istifadə edərək qadın sahibkarları daha fəal olmağa, yeni layihələr təqdim etməyə dəvət edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM