satellite   Azerspace-1: 11135 H 30000

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

Kaliforniya Mülki Hüquqlar Departamenti "Tesla"ya qarşı şirkətin əsas yığım zavodunda geniş yayılmış irqi ayrı-seçkiliyə yol verilməsi ilə bağlı iddia qaldırıb. Bu, elektromobil istehsalçısının üzləşdiyi bir sıra analoji məhkəmə iddialarından biridir.

NTV xəbər verir ki, "Tesla" şirkətinin və Kaliforniya Mülki Hüquqlar Departamentinin vəkilləri Oklend şəhərində ştat Ali Məhkəməsinin hakimi Piter Borkon qarşısına çıxacaqlar. Hakim iş üzrə dinləmənin oktyabrın 30-dək keçirilməsini təyin edib.

2022-ci ildə qaldırılmış iddiada Kaliforniya Mülki Hüquqlar Departamenti bildirir ki, Kaliforniyanın Frimont şəhərində yerləşən "Tesla" zavodunda çalışan qaradərili işçilər digər əməkdaşlar tərəfindən davamlı təqiblərə, o cümlədən irqçi təhqirlərə və qraffitilərə məruz qalıblar. "Tesla" isə bunların qarşısını almağa və ya onları dayandırmağa nail olmayıb. Şirkət, həmçinin qaradərili işçilərə digər əməkdaşlarla müqayisədə daha az əməkhaqqı ödəməkdə və onların vəzifədə irəliləmək imkanlarını məhdudlaşdırmaqda ittiham olunur.

"Tesla" şirkəti və onun vəkilləri "Reuters" agentliyinin iddialarla bağlı sorğularını cavablandırmayıb. Şirkət istənilən qanun pozuntusunu inkar edir və ayrı-seçkiliyə yol verən əməkdaşları işdən çıxardığını bildirir.

Kaliforniya qanunvericiliyi iş yerində ayrı-seçkiliyi qadağan edir və zərərçəkmiş işçilərə ödəniləcək kompensasiyanın yuxarı həddini müəyyən etmir. Buna görə də "Tesla" işi uduzacağı təqdirdə, məhkəmə şirkəti milyonlarla dollar məbləğində kompensasiya ödəməyə məcbur edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

19:08 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM