“Bitcoin”in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib.
NTV xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. “Bitcoin”in qiyməti cümə günündən bəri artım göstərir.
Ötən həftə sonu ABŞ-də spot “Bitcoin” birja ticarət fondları həftə ərzində 593 milyon dollar kapital cəlb edib. Birjalar həftəlik xalis 6 milyon dollar artım təmin edib. “Bitcoin”in cümə günü 6 faizdən çox artmışdı.
Ekspertlər bildirirlər ki, “Bitcoin” bazarı yüksəliş trendindən faydalanır. İnvestorlar qiymətdəki enişlərdən qorunma strategiyasından rallilərdən qazanc əldə etmək strategiyasına keçirlər.
