"Araz-Naxçıvan" komandası baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynov ilə yollarını ayırıb.
Klubdan NTV-yə bildirilib ki, hər iki mütəxəssislə qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Zaur İsmayılov və Cavid Hüseynov cari mövsümün əvvəlində “Araz-Naxçıvan”a baş məşqçi təyin olunmuşdu. Komanda onların rəhbərliyi altında Premyer Liqada 6 oyundan sonra 2 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
