satellite   Azerspace-1: 11135 H 30000

“Ramştayn” formatının növbəti görüşündə Ukraynaya aviasiya yardımı müzakirə ediləcək

“Ramştayn” formatının növbəti görüşündə Ukraynaya aviasiya yardımı müzakirə ediləcək

Fevralın 14-də keçiriləcək Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının doqquzuncu görüşünün əsas mövzusu aviasiya məsələsi olacaq. Tərəfdaşlar, həmçinin Ukrayna üçün tankların tədarükü və sursat ehtiyatının formalaşdırılmasını müzakirə edəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksi Reznikov özünün feysbuk səhifəsində yazıb.

Nazirin sözlərinə görə, Ukrayna səmasının mühafizəsi, xüsusilə aviasiya məsələsi, “tank koalisiyasının” hazırlanması gündəmdədir.

Müttəfiqlərlə müzakirə edəcək məsələlərə sursat üçün təhlükəsizlik marjasının formalaşdırılması, Ukrayna ordusu üçün təlim proqramları, sabitliyin dəstəklənməsi - logistika, texniki xidmət, təmir, "Hərbi Şengen"in praktiki həyata keçirilməsi daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM