Böyük Britaniya nüvə sualtı qayıqları donanmasının modernləşdirilməsi və döyüş hazırlığının artırılması məqsədilə 8 milyard funt sterlinq dəyərində müqavilə imzalayıb.
NTV BBC-yə istinadla xəbər verir ki, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Babcock” şirkəti ilə imzalanan beşillik müqavilə çərçivəsində əsasən Plimut, Klayd və Bristol bölgələrində 3 min yeni iş yerinin, həmçinin təcrübəçilər və ali məktəb məzunları üçün 2500-ə yaxın məşğulluq imkanının yaradılması nəzərdə tutulur.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, müqavilə ölkənin döyüş hazırlığının gücləndirilməsinə töhfə verəcək. Onun sözlərinə görə, razılaşma Kral Hərbi Dəniz Qüvvələrinə sualtı qayıqların yenidən dənizə çıxarılması üçün fasiləsiz işləməyə imkan verəcək, eləcə də hərbi dəniz bazalarında xidmətlərin modernləşdirilməsini təmin edəcək. Baş nazir Endi Börnhem isə müqavilənin hökumətin əhalinin təhlükəsizliyinin təmin edilməsinə və gənclərin məşğulluğunun artırılmasına sadiqliyini nümayiş etdirdiyini vurğulayıb.
