satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, "Changan" və "AZSamand" markalı avtomobillərin toqquşub.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Mehman Qənbər oğlu Qənbərov, 1988-ci il təvəllüdlü Anar Asəf oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Əsəd oğlu Şirinov, 1991-ci il təvəllüdlü Nərmin İsmayıl qızı Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Hidayət qızı Qənbərova xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM