satellite   Azerspace-1: 11135 H 30000

ABŞ gələcəkdə Ukraynaya döyüş təyyarələrinin çatdırılmasına icazə verib

ABŞ gələcəkdə Ukraynaya döyüş təyyarələrinin çatdırılmasına icazə verib

ABŞ Rusiya ilə münaqişə uzandıqca öz döyüş təyyarələrini Ukraynaya göndərə və ya digər ölkələrdə xidmətdə olan F-16 qırıcılarının təkrar ixracına icazə verə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, qırıcı təyyarələrin tədarükü bu gün NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden yanvarın 31-də bildirmişdi ki, Vaşinqton F-16 qırıcılarını Ukraynaya verməyəcək. Nəşr qeyd edir ki, Kiyev hakimiyyəti Qərb döyüş təyyarələrini almağı uzunmüddətli məqsəd kimi nəzərdən keçirir, hazırda isə əsas diqqət Ukraynaya döyüş sursatlarının göndərilməsinə yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM