satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələnin 11-ci günü: Dağıntılar altından 17 yaşlı qız sağ çıxarıldı - VİDEO

Türkiyədə baş verən zəlzələnin dağıdıcı təsirinə məruz qalan Kahramanmaraşda 17 yaşlı Aleyna Ölmez adlı qız dağıntılar altından 248 saat sonra sağ çıxarılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, möcüzəli qurtarış Dulkadiroğlu rayonunun Kayabaşı məhəlləsində qeydə alınıb. Xilas edilən qız xəstəxanaya yerləşdirilib.

Agentliyin məlumatına görə, əsrin fəlakəti adlandırılan zəlzələnin 6-cı günündən 11-ci gününədək dağıntılar altından azı 66 nəfər sağ çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM