satellite   Azerspace-1: 11135 H 30000

Serbiyadan Türkiyəyə daha bir yardım karvanı yola düşüb

Serbiyadan Türkiyəyə daha bir yardım karvanı yola düşüb

Serbiyadan Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün daha bir humanitar yardım karvanı yola salınıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, paytaxt Belqraddan yola düşən yük maşınları zəlzələ bölgələrinə qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, həmçinin fasiləsiz enerji təminatı üçün stasionar generatorlar və qızdırıcı cihazlar çatdıracaq.

Bosniyalıların sıx məskunlaşdığı Sancak bölgəsinin ən böyük şəhəri olan Novi Pazardan daha 15 yük maşını Türkiyəyə yola düşüb. Şəhər Administrasiyasının açdığı ianə hesabına indiyədək 105 min avro vəsait toplanıb, 20 min avroluq yardım isə şəhər büdcəsindən Türkiyəyə ayrılıb.

Qeyd edək ki, Serbiya axtarış-xilasetmə qrupları bu vaxtadək zəlzələ bölgələrində 3 nəfəri dağıntılar altından xilas edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM