satellite   Azerspace-1: 11135 H 30000

Norveç beş il ərzində Ukraynaya 7,4 milyard dollar ayıracaq

Norveç beş il ərzində Ukraynaya 7,4 milyard dollar ayıracaq

Stortinq (Norveç parlamenti) yaxın beş il ərzində Oslonun Ukraynaya dəstək üçün 7,4 milyard dollar ayıracağını elan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, ayrılan vəsait hərbi və humanitar yardıma yönəldiləcək. Kiyevə beş il müddətində hər il 1,5 milyard dollar veriləcək.

Qanuna parlamentdə yalnız səkkiz mandata malik Norveç sosialistləri səs verməyib. Halbuki hökumət parlamentdə çoxluğa malik olmadığı üçün deputatların layihəni təqdim edilən formada təsdiqləyəcəyinə şübhə ilə yanaşılırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM