satellite   Azerspace-1: 11135 H 30000

Mobil internetin ən ucuz və baha olduğu ölkələr

Mobil internetin ən ucuz və baha olduğu ölkələr

Mobil internetin ən ucuz olduğu ölkə İsraildir – 1Gb üçün 0,04 dollar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniyanın “Cable” analitika resursu 2022-ci ildə mobil internet qiymətlərinin ən ucuz və baha olduğu ölkələrin siyahısını dərc edib.

Siyahıda ilk beşliyə İsraillə yanaşı, İtaliya (1Gb üçün 0,12 dollar), San-Marino (0,14 dollar), Fici (0,15 dollar) və Hindistan (0,17 dollar) daxildir.

“Cable” analitika resursunun məlumatına görə, 1Gb mobil internetin qiyməti Almaniyada 2,67 dollar, Portuqaliyada 3,67 dollar, Yaponiyada 3,85 dollar, ABŞ-da 5,62 dollar təşkil edir. Folklend adalarında qiymətlər 38,45 dollar, Müqəddəs Yelena adasında isə 41,06 dollardır

Tədqiqatda qeyd olunur ki, yüksək infrastruktura malik ölkələrdə daha ucuz renkinq hissələri tapmaq olur. Keyfiyyətli optik şəbəkələr, həmçinin inkişaf etmiş mobil və stasionar genişzolaqlı infrastrukturun mövcudluğu provayder və mobil rabitə operatorlarına istifadəçilərə daha ucuz qiymətə başa gələn əlverişli paketlər təklif etməsinə imkan yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM