satellite   Azerspace-1: 11135 H 30000

Üç ölkə Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək

Üç ölkə Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək

"Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək".

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Prezident Volodimir Zelenski ilə görüşün yekununa dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynaya “Leopard2” tankları, həmçinin “Patriot” zenit-raket kompleksi və döyüş sursatları təhvil veriləcək.

Jurnalistlərin tankın tədarükü ilə bağlı sualına cavab olaraq hökumət başçısı bunun mümkün qədər tez olacağını deyib.

Xatırladaq ki, Mark Rutte fevralın 17-də Ukraynaya səfər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM