satellite   Azerspace-1: 11135 H 30000

İranda məişət texnikası zavodunda yanğın baş verib

İranda məişət texnikası zavodunda yanğın baş verib

Bu gün İranın Məşhəd şəhərindəki ElectroSteel məişət texnikası zavodunun üç anbarında güclü yanğın baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İran mediasının yaydığı məlumatlara görə, yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Hazırda zavodu bürüyən tüstü hadisənin miqyası barədə təsəvvür yaradır. Yanğınsöndürmə işləri davam edir.

Zərərçəkənlər və yanğının səbəbləri barədə hələlik məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM