satellite   Azerspace-1: 11135 H 30000

Şoyqu: “Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib”

Şoyqu: “Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib”

“Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bu kompleks adi və nüvə raketlərindən istifadə edə bilər: “Aprelin 3-dən Rusiya poliqonunda Belarus ekipajlarına İttifaq dövlətini qorumaq üçün komplekslərdən istifadə qaydası üzrə təlimlər başlayıb”.

S.Şoyqu həmçinin söyləyib ki, NATO anti-Rusiya kursunu gücləndirir, Ukraynaya hərbi yardımı artırır, döyüş hazırlığını artırmaq üçün tədbirlər həyata keçirir: “Yaxın vaxtlarda Finlandiya da Alyansa üzv olacaq. Bütün bunlar münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsi riskləri yaradır, lakin bu, xüsusi əməliyyatın nəticələrinə təsir etməyəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM