satellite   Azerspace-1: 11135 H 30000

Komissiya sədri: 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 mindən çox ola bilər

Komissiya sədri: 44 günlük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 mindən çox ola bilər

44 günlük müharibə zamanı Ermənistan ordusundan fərarilik edən hərbçilərin sayı bəlkə də 11 mindən çoxdur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Sputnik-Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın müharibədə 11 min hərbçinin fərarilik etməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

“Qısa zamanda tələsik qismən səfərbərlik keçirilirdi və heç də hər kəs təyinat yerinə çatmırdı. Ora çatanlara isə həmişə hamını bir yerə yığmaq müəssər olmurdu. Bununla bağlı minlərlə cinayət işimiz var. Problem indi istintaq orqanlarında araşdırılır”, Koçaryan deyib.

O, Anna Akopyanın fərarilərin sayı barədə statistikanı haradan götürdüyünü bilmədiyini, lakin müharibəni araşdıran parlament komissiyasının fərari sayının 11 ya 12 min olduğunu araşdıracağını qeyd edib.

Komissiya sədri çağırışçıların əksər hallarda müvafiq hazırlıq olmadan döyüş bölgəsinə gətirildiyini və bunun tez-tez panikaya, həmçinin, digər neqativ hallara yol açdığını söyləyib. Koçaryan bunu illərlə çağırışçıların müvafiq hazırlıq proqramının olmaması ilə əlaqələndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM