satellite   Azerspace-1: 11135 H 30000

İranda qızlar məktəbində daha 20 şagird zəhərlənib

İranda qızlar məktəbində daha 20 şagird zəhərlənib

İranın Təbriz şəhərindəki qızlar məktəbində 20 şagird zəhərlənib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Məlumata görə, onlar tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya aparılıblar. Şagirdlərin nədən zəhərləndikləri açıqlanmır.

Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib.

Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və digər əlamətlər müşahidə olunur. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.

İran Daxili İşlər Nazirliyi Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycandakı məktəblərdə 100-dən çox adamın kütləvi zəhərlənmə hadisələrində şübhəli bilindiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM