satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

Pentaqon Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Pentaqonun press-relizində deyilir.

“Bu gün (dünən – red.) Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, - məlumatda deyilir.

Nazirlikdən verilən məlumata görə, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.

Xatırladaq ki, ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini ayırması barədə məlumatı daha əvvəl “Reuters” agentliyi adı açıqlanmayan rəsmilərə istinadən yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM