satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz Cənubi Qafqazın bütün ölkələri arasında əməkdaşlığın dərinləşməsinə tərəfdarıq. Biz Rusiyanın dəstəyi ilə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması, regionda nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, Cənubi Qafqazda postmünaqişə dövründə bərpa proseslərini alqışlayırıq”, - deyə nazir bildirib.

S.Lavrov deyib ki, bütün bu proseslər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli razılaşmalar əsasında aparılmaqda davam etməlidir. “Ümid edirik ki, regiondakı bəzi həmkarlarımız bu proseslərə mane olmayacaq, tərəfləri əldə olunmuş razılaşmaları yerinə yetirməyə çağıracaqlar”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM