satellite   Azerspace-1: 11135 H 30000

Çinin çoxməqsədli helikopterinin ilk sınaq uçuşu olub

Çinin çoxməqsədli helikopterinin ilk sınaq uçuşu olub

Çində istehsal olunan AC332 çoxməqsədli mülki helikopter bu gün ilk uçuşunu həyata keçirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, AC332 helikopteri günün ikinci yarısında Tyantszin şəhərində havaya qalxıb. Sınaq uğurla nəticələnib.

İki mühərrikli mülki helikopter göyərtəsinə 10 nəfər və 600 kiloqram yük götürə bilir. Onun çəkisi 3850 kiloqram, sürəti saatda 260 kilometr, maksimum uçuş məsafəsi isə 700 kilometrə yaxındır.

AC332 qəza-xilasetmə işləri, hüquq-mühafizə xidməti, həmçinin yüksək hündürlükdə və dəniz üzərində əməliyyatlar üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM