satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Rusiyaya hərbi texnika göndərməsi barədə şayiələri təkzib edib

Qazaxıstan Rusiyaya hərbi texnika göndərməsi barədə şayiələri təkzib edib

Sosial şəbəkələrdə Qazaxıstanın Rusiyanın Omsk vilayətinə zirehli texnika göndərdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Müdafiə Nazirliyinin məlumatına görə, həmin texnikalar təmir üçün ölkənin mərkəzi regionundan şərqinə aparılır. Nazirlik, həmçinin xatırladıb ki, 2022-ci il avqustun 27-də Qazaxıstan silah və hərbi texnikanın ixracına qadağa qoyub.

Bir müddət öncə sosial şəbəkələrdə Qazaxıstanda hərbi texnikanın yerdəyişməsini əks etdirən video yayılıb. Pavlodar yaxınlığında çəkilən videonun alt yazısında onların Omska göndərildiyi yazılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM