satellite   Azerspace-1: 11135 H 30000

İsraildə törədilən terror aktında ölən və yaralananlar turistlərdir

İsraildə törədilən terror aktında ölən və yaralananlar turistlərdir

İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar turist olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Tibbi Yardım Xidməti məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan turistlər tibb müəssisələrinə yerləşdirilib.

Ölən şəxs İtaliyadan gələn qonaq olub. Yaralananlardan üçünün vəziyyəti orta-ağırdır. Digər iki nəfərin xəsarətləri isə yüngüldür.

Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM