satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan parlamentində hakimlərin korrupsiyası ilə bağlı araşdırmanın başladılması istənilib

Gürcüstan parlamentində hakimlərin korrupsiyası ilə bağlı araşdırmanın başladılması istənilib

Gürcüstanda müxalif deputatlar ölkə Prezidenti Salome Zurabişvilidən korrupsiyada ittiham olunan dörd gürcüstanlı hakimə qarşı ABŞ sanksiyaları ilə bağlı müvəqqəti komissiyanın yaradılması məsələsinə baxılması üçün aprelin 11-nə parlamentin növbədənkənar iclasının təyin olunması ilə bağlı müraciət ediblər.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi “İnterfaks”a istinadən xəbər verir.

S.Zurabişvili 46 müxalifət deputatının müraciətinə hələ ki cavab verməyib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ədliyyə Şurasının üzvləri ilə görüşüb və bütün hakimlərə dəstəyini bildirib.

“Hökumət başçısı və hakim partiyanın nümayəndəsi kimi, mən bütün hakimləri tam dəstəkləyirəm. Hakimiyyətimiz dövründə məhkəmə müstəqil olub, ona nə daxildən, nə də başqa ölkələrdən müdaxilə edilə bilməyəcək hala gəlib. Təbii ki, hakimlərə hər hansı müdaxilə və ya onların hansısa təsirə məruz qalması qəbuledilməzdir”, - İ.Qaribaşvili deyib.

Xatırladaq ki, aprelin 5-də ABŞ Dövlət katibi Antoni Blinken dörd yüksək vəzifəli gürcüstanlı hakimə - Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadzeyə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb. Sanksiya korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə tətbiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM