satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada mədəniyyət obyektlərinin bərpası üçün 10 milyard dollara ehtiyac var

Ukraynada mədəniyyət obyektlərinin bərpası üçün 10 milyard dollara ehtiyac var

Yaxın on ildə Ukraynada mədəniyyət obyektlərinin bərpası üçün təxminən 10 milyard dollara ehtiyac olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, bunun UNESCO-nun Baş direktoru Odri Azule bu ölkəyə səfərindən sonra səsləndirib. Səfər çərçivəsində O.Azule mədəni obyektlərə, o cümlədən dağılmış və ya zədələnmiş ərazilərə baş çəkib.

UNESCO-nun təsdiqlədiyi məlumatlara görə, 2022-ci ilin fevral ayından indiyədək Ukraynada 107 dini obyekt, 21 muzey, 89 tarixi-bədii obyekt, 19 abidə və 12 kitabxana zərər görüb.

Xatırladaq ki, Ermənistanın işğalı nəticəsində Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidindən 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər Qərbi Azərbaycanda da bizə məxsus tarixi abidələrimizi məhv ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM