satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna müdafiə naziri Rusiyaya xəbərdarlıq edib

Ukrayna müdafiə naziri Rusiyaya xəbərdarlıq edib

“Ukrayna Qara dənizdə yeni hücuma hazırlaşır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov keçirdiyi brifinqdə deyib.

O, Rusiyaya “Moskva” kreyserinin batmasına bənzər hadisənin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz qarşı tərəfə yeni “sürpriz” təklif edirik. Bunun üçün sadəcə münasib anı gözləyirik”.

Qeyd edək ki, ötən il aprel ayında Ukrayna Silahlı Qüvvələri Rusiya dəniz donanmasının “Moskva” kreyserini məhv edib. “Moskva” İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batan ən böyük hərbi gəmidir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM